İsrail Livana 10 hava zərbəsi endirib

İsrail Livana 10 hava zərbəsi endirib Dünya

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə döyüş təyyarələri ilə həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Livanın cənubundakı Rəşayə əl-Fuhar bölgəsində Hizbullahın silah anbarları, müşahidə mövqeləri və raket atış platformalarının olduğu hədəflərə 10-a yaxın hava hücumu təşkil edildiyi bildirilib.

Livanın rəsmi agentliyi NNA-da dərc olunan xəbərdə İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinin Marcayun rayonunda Rəşayə əl-Fuhar və Firdevs arasındakı əraziyə hücum etdiyi qeyd edilib.

Hizbullah İsrailin hücumları və mümkün itkilərlə bağlı açıqlama verməyib.

Günel Məlikzadə