İsrail Livanda yanacaqdoldurma mərkəzlərini hədəfə aldı
Dünya
İsrail Hərbi Hava Qüvvələri gün ərzində Livana növbəti hücum dalğasını həyata keçiriblər.
News24.az-ın xəbərinə görə, ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir ki, əsas hədəf kimi bütün ölkə ərazisində yerləşən yanacaqdoldurma stansiyaları şəbəkəsi olan "Al Amana" seçilib.
İsrail tərəfinin bəyanatına əsasən, sözügedən şirkət "Hizbullah" hərəkatı tərəfindən idarə olunur, odur ki, həmin yanacaqdoldurma mərkəzlərindən qazanılan gəlir hərəkatın silahlandırılmasına və hərbi mövcudluğunun gücləndirilməsinə xidmət edir. Həmçinin, iddia olunur ki, mərkəzlərdən yüklərin doldurulması, silah və döyüşçülərin daşınması üçün istifadə edilir.
İsrail hərbçiləri hesab edir ki, şirkət hərəkata milyonlarla dollar qazandırır.