İsrail ölüm cəzasını bərpa edir?
Dünya
İsrail terrorçular üçün ölüm cəzasını bərpa edə bilər.
News24.az "Ynet News"-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsinin yenidən İsrail parlamentinə təqdim edilməsi təşəbbüsü hakim koalisiya tərəfindən qaldırılıb.
Noyabrın 20-26-sı həftəsində qanunun birinci oxunuşda müzakirəyə çıxarılması planlaşdırılır.
Xatırladaq ki, qanun layihəsi 2023-cü ilin martında təsdiqlənib, lakin daha sonra qanunun qəbulu prosesi Milli Təhlükəsizlik Şurasına ekspertizaya göndərilməzdən əvvəl dayandırılıb.
Qeyd edək ki, qanun layihəsinin müəllifi ifrat sağçı fikirləri ilə tanınan İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdir.
Qumral