İsrail prezidenti iğtişaşlardan danışdı: - "son dərəcə narahatedici və.."

İsrail prezidenti iğtişaşlardan danışdı: - "son dərəcə narahatedici və.." Dünya

İsrail prezidenti Yitzhak Hersoq Maxaçqala hava limanında baş verən iğtişaşlarıla bağlı münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

"Onlar təəccüb doğurucu və son dərəcə narahatedicidir. Bu, iğtişaş idi. Allaha şükür ki, hakimiyyət qarşısını aldı”.

Xatırladaq ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar Maxaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər yəhudi əleyhinə şüarlar səsləndirərək hava limanının binasına basqın edib və daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. 

Son məlumatlara görə, polislər də daxil olmaqla 20-dən çox insan yaralanıb, 80-dən çox iğtişaşçı saxlanılıb. Dağıstanın hakimiyyət orqanları və dini liderləri hadisəni pisləyib və bunu təxribat adlandırıblar.

 Ayşən