İsrail və Livan 10 günlük atəşkəs elan edir
Dünya
ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin əldə olunduğunu elan edib.
News24.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
«Mən yenicə Livanın çox hörmətli prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar apardım.
Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün rəsmi olaraq Şərq vaxtı ilə saat 17:00-da 10 günlük atəşkəsə başlamaq barədə razılığa gəliblər.
Mən vitse-prezident Cey Di Vensə və dövlət katibi Rubioya, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Reyzin Keyn ilə birlikdə daimi sülhə nail olmaq üçün İsrail və Livanla işləməyi tapşırdım.
Dünya üzrə 9 müharibəni həll etmək mənim üçün şərəf idi, bu isə mənim 10-cu müharibəm olacaq, elə isə gəlin buna son qoyaq!", — deyə o, bildirib.