İsraildə saxlanılan türk deputatlar Azərbaycana - GƏTİRİLİR

İsraildə saxlanılan türk deputatlar Azərbaycana - GƏTİRİLİR Dünya

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İsrail tərəfindən ələ keçirilən “Azadlıq Donanması” gəmilərində olan üç türk millət vəkili Türkiyəyə qayıtmaq üçün Azərbaycana gəlib.

News.az xəbər verir ki, Öncü Keçelinin sözlərinə görə, millət vəkilləri bu gün təyyarə ilə Bakıya eniblər və onların Türkiyəyə qayıdışı istiqamətində işlər davam etdirilir.

Nazirlik digər Türkiyə vətəndaşlarının da sabah xüsusi reyslə ölkəyə gətirilməsinin planlaşdırıldığını açıqlayıb.

“İsrail tərəfindən ələ keçirilən "Azadlıq Donanması" gəmilərində olan üç millət vəkilimiz Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüb. Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtması üçün çalışırıq. Əgər bu reys həyata keçərsə, eyni təyyarə ilə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini planlaşdırırıq", – deyə Öncü Keçeli sosial media hesabında bildirib.

Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Aqil Qarayev