İsraildə Ukrayna vətəndaşları həlak oldu - ŞOK RƏQƏM
Dünya
İsraildə 11 Ukrayna vətəndaşı həyatını itirib, 9 Ukrayna vətəndaşından isə xəbər yoxdur.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü Oleq Nikolenko İsrail-Fələstin münaqişəsində həyatını itirən Ukrayna vətəndaşları ilə bağlı mətbuata açıqlama verib.
Nikolenko 200-ə yaxın ukraynalının Qəzza zolağından təxliyə olunmaq istədiyini, lakin təhlükəsizlik problemləri səbəbindən bölgəni tərk etməyin mümkün olmadığını bildirib.
Qeyd edək ki, oktyabrın 14-də Rumıniyaya ilk təxliyə uçuşu həyata keçiriləcək.
Ülkər ABDURAHMANLI