İsrailin ABŞ-la planı: - Qəzzanı bölüb ..
Dünya
Noyabrda prezident seçkilərinin keçiriləcəyi ABŞ-da Qəzzada qətliamın davam etməsinə şərait yaradan silah dəstəyinə Demokrat Partiyasının bazasından reaksiyalar şiddətlənib.
News24.az TRT-yə istinadən xəbər verir ki, Netanyahu administrasiyası daimi atəşkəs, humanitar yardım keçidləri və məhbus mübadiləsi kimi mövzularda danışıqları irəli aparmaq əvəzinə hücumları artırır.
Co Bayden administrasiyası prezident seçkiləri öncəsi xarici və yerli ictimai rəyi sakitləşdirmək üçün bəzi təşəbbüslər edib və Qəzza ilə bağlı plan irəli sürüb.
Mayın sonunda Bayden İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb.
HƏMAS bir neçə saat ərzində Baydenin daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılması, yenidənqurma və əsir mübadiləsi ilə bağlı təkliflərinə müsbət yanaşdıqlarını bəyan edib.
Qəzzada daimi atəşkəs ideyasını heç vaxt qəbul etməyən Netanyahunun şərtləri, hücumların Qəzza xalqı üçün sonsuza qədər davam edəcəyini ifadə edir.
İsrailin baş naziri Qəzzanı ikiyə bölən Netzarim dəhlizinin İsrail ordusunun işğalı altında qalmasını təmin edərək, təxminən 360 kvadrat kilometrə sıxılmış əhalinin ərazisini təsirli şəkildə iki yerə bölməyi planlaşdırır.
Qəzzənin ərazi bütövlüyünü pozan Netzarim dəhlizi Qəzzanın şimalı ilə cənubu arasındakı əlaqəni kəsəcək.
Atəşkəs olsa belə, İsrail ordusunun işğalı davam etdiyi üçün cənubdakıların şimala, şimaldakıların isə cənuba keçməsi mümkün olmayacaq.
Beləliklə, iki hissədən ibarət Fələstin ərazisi Qəzza və İordan çayının qərb sahili üç hissəyə çevriləcək.
Günel Məlikzadə