İstanbulda bina çökdü - Yenilənib - Video

İstanbulda bina çökdü - Yenilənib - Video Dünya

İstanbulun Fatih rayonunda bina çöküb.

News24.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.

Məlumata görə, hazırda dağıntılar altında qalan beş nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir. // Qafqazinfo

***

İstanbul valiliyi təbii qaz partlayışı nəticəsində iki binanın çökdüyünü bildirib.