İstanbulda əyləncə məkanına qumbara atdılar - 7 yaralı var

İstanbulda əyləncə məkanına qumbara atdılar - 7 yaralı var Dünya


Türkiyənin İstanbul şəhərinin Kağıthanə qəsəbəsində əyləncə məkanlarından birinə naməlum şəxslər əl qumbarası atıblar.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb.

Hadisə ötən gecə saat 02.40 radələrində baş verib.

Bildirilir ki, motosikletdə olan iki nəfər 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən əyləncə mərkəzinə qumbara atıblar.

Yaralananlardan 3-nün vəziyyəti ağırdır.

Polis şübhəlilərin tutulması üçün geniş əməliyyat tədbirlərinə başlayıb.