İsveç Türkiyənin bu şərtini rədd etdi

İsveç Türkiyənin bu şərtini rədd etdi Dünya

NATO-ya üzvlük üçün Türkiyədən təsdiq gözləyən İsveç, PKK-nın maliyyələşdirilməsi işi üzrə hökmü təsdiqləsə də, deportasiya qərarını ləğv edib.

News24.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İsveç apellyasiya məhkəməsi PKK-nı maliyyələşdirməyə cəhddə ittiham olunan şəxs barəsində hökmü qüvvədə saxlayıb.

İyul ayında aşağı instansiya məhkəməsi Yəhya Güngör adlı şübhəlini silahlı cinayət, hədə-qorxu ilə tələb etməyə cəhd və terrorizmi maliyyələşdirməyə cəhd ittihamları ilə 4 il 6 ay həbs və daha sonra deportasiyaya məhkum edib.

Aydan