İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmadı
Dünya
Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə bazar ertəsi baş tutmayıb.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, iclasda yetərsay olmayıb.
Parlament mandatlarının əksəriyyətinə malik olan hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. Parlamentin saytında yayımlanan zalda 199 deputatdan cəmi 51-i iştirak edirdi.
Mehriban Mirzəzadə