İtaliyalılardan İsrail himninə - ETİRAZ

İtaliyalılardan İsrail himninə - ETİRAZ Dünya

İsraildə təhlükəsizlik riski olduğu üçün  Macarıstanın paytaxtı Budapeştdəki Bozşik stadionunda oynanan və İsrailin ev sahibi olduğu matçın əvvəlində maraqlı etiraz yaşanıb.

News24.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Matç başlamazdan əvvəl təşkil edilən mərasimdə İsrail himni səsləndirilərkən 50 nəfərlik italiyalı azarkeşlər üzlərini meydana çevirərək İsrailə etiraz ediblər.

İtaliyalı fanatların İsrail himninə qarşı bu etirazı sosial mediada ən çox müzakirə edilən mövzulardan biri olub.

İsrailin Qəzzaya hücumlarına reaksiya verən bəzi istifadəçilər italyan azarkeşlərin bu münasibətini "hörmətli və tarixi" adlandırıblar. Bəzi istifadəçilər arxa çevirənlərin “faşist qruplar” olduğunu iddia ediblər.

Başlanğıcda etirazla keçən qarşılaşmada qonaq İtaliya rəqibinə 2:1 hesabı ilə qalib gələrək 3 xalı qazanıb.

Qeyd edək ki, İtaliya ilə İsrail arasında növbəti oyunun oktyabrın 14-də İtaliyanın Udine şəhərində keçirilməsi planlaşdırılır. 

Daha əvvəl mətbuatda Udine bələdiyyəsinin bu matça ev sahibliyi etmək istəmədiyi bildirilib.

Məryəm İlhamqızı