Jurnalistlər Trampı məhkəməyə verdi - Qadağa ləğv oldu

Jurnalistlər Trampı məhkəməyə verdi - Qadağa ləğv oldu Dünya

ABŞ-də federal hakim prezident Donald Trampa CNN, MSNOW və “Politico”-nun jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağanı aradan qaldırmağı tapşırıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Tramp sentyabrın 18-də CNN, MSNOW və “Politico”-nun Ağ Evdə fəaliyyət göstərməsini qadağan edib.

O, bu media qurumlarını saxta xəbərlər yaymaqda günahlandırıb.

Bundan sonra hər üç media orqanı ABŞ administrasiyasını məhkəməyə verib.

Jurnalistlər Ağ Evə girişin məhdudlaşdırılmasının ABŞ Konstitusiyasının söz azadlığını qoruyan Birinci Düzəlişini pozduğunu bildiriblər.

Federal hakim qərarında Trampın tətbiq etdiyi qadağanın Konstitusiyaya zidd olmasının ehtimalının yüksək olduğunu qeyd edib və jurnalistlərin Ağ Evə girişinin bərpa edilməsinə göstəriş verib.