Kadırovçuların olduğu avtomobil partladı: ölənlər var

Kadırovçuların olduğu avtomobil partladı: ölənlər var Dünya


Mayın 20-də Xerson vilayətində “Əhməd” bölüyünün zabitlərinin olduğu UAZ markalı avtomobil partlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Skadovsk və Antonovka yaşayış məntəqələri arasındakı yolda baş verən partlayış nəticəsində avtomobildə olan “Əhməd” bölüyünün 4 zabiti ölüb.

Bildirilib ki, birinci partlayışdan sonra zabitlərin avtomobilində olan partlayıcılar da partlayıb.