Kamal Kılıçdaroğlu həbs edildi

Kamal Kılıçdaroğlu həbs edildi Dünya

Türkiyədə keçmiş CHP sədri Kamal Kılıçdaroğlu həbs edilib.

News24.az xəbər verir ki, CHP-nin yeddinci sədri olan Kılıçdaroğlunun 11 ilə qədər həbs və siyasi fəaliyyət qadağası tələbi ilə Mersin 3-cü Asliye Cinayət Məhkəməsində baxılan məhkəmə işi yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün həbs cəzası alıb.

Qeyd edək ki CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində həm 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə Mersində keçirilən mitinqdəki nitqi həm 2016-cı ildə Edirnədə etdiyi çıxışlar həm də sonrakı illərdə partiyasının qrup iclaslarında işlətdiyi ifadələrə görə istintaq başladılıb. Onun sədr və millət vəkili səlahiyyətləri başa çatdıqdan sonra 2024-cü ildə start verilən bu hüquqi proses siyasətçinin toxunulmazlıq hüququnun itirilməsindən sonra reallaşıb.