Kamala Harris yenidən ABŞ prezidentliyinə namizədliyini verəcək
Dünya
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris növbəti seçkilərdə prezidentliyə namizəd ola biləcəyi ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, bu barədə o, "National Action Network" təşkilatının toplantısında çıxışı zamanı deyib.
Harrisə yenidən prezident olub-olmayacağı barədə sual ünvanlanıb, o da cavabında deyib:
"Ola bilər. Bu barədə düşünürəm".
Qeyd edək ki, Kamala Harris 2024-cü il seçkilərində ABŞ-nin hazırkı Prezidenti Donald Trampa məğlub olub. Növbəti seçkilər isə 2028-ci ildə keçiriləcək.