"Kemal Kılıçdaroğlu erməni soyqırımını tanıyanları dəstəkləyir" – - Bələdiyyə başçısından ŞOK ETİRAF
Bolu Bələdiyyə Başçısı Tancu Özcan CHP-dən xaric edilməsi ilə bağlı qərarın nəhayət verildiyini dedi.
News24.az "Haberglobal"-a istinadən xəbər verir ki, o, bununla bağlı CHP sədri Kamal Kılıçdaroğlunu çox sərt tənqid etdi.
“Sezgin Tanrıkulu kimi terror təşkilatlarını qanuniləşdirənləri, Orxan Sarıbal kimi Dersimdəki qırğınla bağlı açıqlamalar verənləri, qondarma erməni soyqırımını tanıyanları, bir sözlə, Atatürkün düşmənlərini qidalandıraraq gücləndirdilər. Mənim kimi səmimi Atatürkçüləri, Türk millətçilərini isə əzərək vəzifədən kənarlaşdırdılar“
O vurğuladı ki, qovulmağında bir sıra şəxlərin böyük rolu oldu.
Ülkər ABDURAHMANLI