Kim Çen Inın adı Ukraynanın "qara siyahı"sına - düşdü
Dünya
Ukrayna Şimali Koreya lideri Kim Çen Inın adını Rusiya təcavüzünün tərəfdarları siyahısına əlavə edib.
News24.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, onun adı “Myrotvorets” bazasına daxil edilib.
KXDR lideri bu günlərdə Rusiyada səfərdə olub və Vladimir Putinlə görüşüb. Onun adı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd ittihamı ilə bazaya daxil edilib.
Akqabay