Kimsəsiz uşaqları əxlaqsız videolara çəkən şəxs belə saxlanıldı - VİDEO

Kimsəsiz uşaqları əxlaqsız videolara çəkən şəxs belə saxlanıldı - VİDEO Dünya
Sankt-Peterburqda xüsusi əməliyyat zamanı qəyyumluq orqanlarının keçmiş əməkdaşı tərəfindən yaradılan uşaq porno studiyasının təşkilatçıları saxlanılıb.

News24.az "Ren Tv"yə istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, həmin şəxs əlaqələrinin köməyi ilə yetkinlik yaşına çatmayan yetim uşaqları tapıb və böyüklər üçün filmlərə çəkib.

Daha sonra isə sözügedən görüntülər xüsusi ödənişlə saytlarda yerləşdirilib. 

Bildirilir ki, saxlanılan şəxs porno rejissorlar dəstəsinin üzvlərindən biridir. Videoya çəkilən uşaqların isə 14 yaşa qədər olduğu üzə çıxıb. 

İstintaq zamanı bu tip çəkilişlərin 2000-ci ildən başlayaraq həyata keçirildiyi də bəlli olub.