Kiyevdə 200 min sakinin gözlədiyi xəbər: yalnız bir faizi buna razıdır

Kiyevdə 200 min sakinin gözlədiyi xəbər: yalnız bir faizi buna razıdır Dünya

Kiyevdə qış aylarında Rusiya hücumları nəticəsində elektrik enerjisi və istiliyin uzun müddət kəsiləcəyi təqdirdə müvəqqəti köçürülməsinə ehtiyac yarana biləcək sakinlərin siyahısı hazırlanıb. Hazırda onların yalnız təxminən 2 min nəfəri köçürülməyə razılıq verib.

News24.az xəbər verir ki, söhbət ilk növbədə hərəkət imkanları məhdud şəxslərdən, əlilliyi olan insanlardan və əlilliyi olan uşaqları böyüdən ailələrdən gedir.

Bu şəxslər üçün pansionat, sanatoriya, xəstəxana və hotellərdə yerlər hazırlanır. Qeyd edək ki, sözügedən katerqoriya təxminən 200 min sakini əhatə edir.

Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, müvəqqəti köçürülmə yalnız şəxsin razılığı əsasında həyata keçiriləcək. Bu, uzun müddət elektrik enerjisi və istilik təchizatının olmamasının evdə qalmağı təhlükəli vəziyyətə gətirdiyi halda mümkün olacaq.

Köçürülmə üçün xüsusi nəqliyyat vasitələrindən istifadə edilməsi planlaşdırılır. (Suspilne)