Kiyevə raket hücumu nəticəsində 2 nəfər ölüb

Kiyevə raket hücumu nəticəsində 2 nəfər ölüb Dünya

Ukraynanın paytaxtı Kiyevə raket hücumu edilib.

News24.az xəbər verir ki, Rusiyanın həyata keçirdiyi hücum nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, şəhərin iki rayonunda partlayışlar baş verib. Hadisə yerinə təcili yardım və xilasedici qruplar göndərilib.

Hücum nəticəsində bir sıra binalara ziyan dəyib. Xilasetmə işləri davam etdirilir.