Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı – 294 nəfər…

Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı – 294 nəfər… Dünya

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

News24.az xəbər verir ki, Təbii Fəlakətlər Risklərinin İdarə Olunması Xidmətinin məlumatına görə, 294 nəfər həyatını itirib, 320 nəfər isə itkin düşmüş sayılır.

Zəlzələ nəticəsində 3935 nəfər yaralanıb, 353 nəfər xilas edilib. 4493 ev tamamilə dağılıb, 81506 binaya isə ziyan dəyib.

Xatırladaq ki, Kolumbiyada dağıdıcı zəlzələ avqustun 10-da baş verib. Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanların gücü 7,4 maqnitudada olub.