"Konstitusiyada Bəyannaməyə istinad münaqişə deməkdir"

"Konstitusiyada Bəyannaməyə istinad münaqişə deməkdir" Dünya

“Əgər ölkənin yeni Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer alarsa, bu, Azərbaycanla münaqişə demək olacaq”.

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və onun preambulasında Müstəqillik Bəyannaməsinə istinad olarsa, bu o demək olacaq ki, biz Qarabağ hərəkatını davam etdiririk. Əgər biz Qarabağ hərəkatını davam etdiririksə, bu o deməkdir ki, biz Azərbaycanla münaqişəni yenidən başlayırıq. Əgər Azərbaycanla münaqişəni yenidən başlayırıqsa, bu o deməkdir ki, sülh mümkün deyil”, — deyə Paşinyan bildirib.