Koronavirusa qalib gələn - İLK ÖLKƏ

Koronavirusa qalib gələn - İLK ÖLKƏ Dünya
İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

News24.az xəbər verir ki, bu barədə yerli hökumət bildirib. Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında deyilir.

İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.