Kreml Paşiyanı təbrik etmək üçün bunu gözləyir

Kreml Paşiyanı təbrik etmək üçün bunu gözləyir Dünya

Kreml Ermənistanda keçirilən seçkilərin yekun nəticələrinin açıqlanmasını gözləyir və bütün məlumatları, o cümlədən çoxsaylı pozuntularla bağlı xəbərləri diqqətlə izləyir.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz yekun nəticələri gözləyirik. Hələlik isə seçkilərlə bağlı dərc olunan bütün məlumatları diqqətlə izləyirik. Onların arasında seçkilər zamanı baş vermiş çoxsaylı pozuntular barədə xəbərləri də qeydə alırıq”, — deyə Peskov jurnalistlərə Ermənistandakı seçkilərlə bağlı sualı cavablandırarkən bildirib.