Kremldən Vardanyan açıqlaması: - "Əliyev və Putin..."
Dünya
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən görüşün ictimai hissəsində Ruben Vardanyanın həbsi ilə bağlı məsələni müzakirə etməyib.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Eyni zamanda, Peskov qeyd edib ki, “təkbətək dialoqun kifayət qədər uzun hissəsi olub”, lakin onun məzmununu bilmir.
Qeyd edək ki, “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizi tərk etməyə çalışan rusiyalı milyarder, Qarabağda separatizmi və terrorçuluğu maliyyələşdirən Ruben Vardanyan sentyabrın 27-də saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib və V.Putin onun vətəndaşlıqdan çıxarılması ilə bağlı 2022-ci ilin dekabrında fərman imzalayıb.
Akqabay