Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama: - İstəyirik ki, tezliklə...

Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama: - İstəyirik ki, tezliklə... Dünya

Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren məsələsidir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, Ermənistan və Azərbaycan üçün suveren məsələdir. İstəyirik ki, həm Bakı, həm də İrəvan sazişi tezliklə imzalasınlar", - Peskov jurnalistlərə deyib.

O əlavə edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında aparılan danışıqları tam dəstəkləyir.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan Sünikdəki 42 kilometrlik yolu Amerika tərəfinə autsorsinq etmək imkanını nəzərdən keçirir.