“Əks-hücum olmayacaq” – Ukraynadan etiraf
Dünya
Ukraynada səfərbərlik prosesində irəliləyiş olmadan genişmiqyaslı əks-hücum əməliyyatları mümkün deyil.
News24.az xəbər verir ki, bu barədə hərbi icmalçı Pexnyu açıqlama verib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları üçün kifayət qədər rezervi yoxdur:
“Komandanlığımızın əks-hücum əməliyyatları keçirmək üçün qüvvə və vasitələr baxımından imkanları çox məhduddur. Uğurun yarısı hücumu həyata keçirməkdirsə, digər yarısı mövqeləri saxlamaq və möhkəmlənməkdir. Aydındır ki, məhz rezervlərlə bağlı problemlərimiz var”.
Pexnyu qeyd edib ki, səfərbərlikdəki geriləmə istənilən irəliləyiş cəhdini əngəlləyən əsas amildir. Bu, xüsusilə Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qovşağında vəziyyətə təsir göstərir.