Latviya Belarusla sərhədə nəzarəti - gücləndirir

Latviya Belarusla sərhədə nəzarəti - gücləndirir Dünya
Latviya hökuməti Belarusla həmsərhəd əyalətlərdə nəzarəti gücləndirəcək.

News24.az APA-ya istinadən  xəbər verir ki, buna səbəb ölkəyə qeyri-qanuni giriş hallarının artmasıdır.

Nəzarət tədbirlərinin gücləndirilməsi avqustun 11-dən etibarən Belarusla həmsərhəd əyalətlərdə tətbiq olunacaq.

Sərhəd nəzarəti rejimini altı ay müddətinə gücləndirəcəyi açıqlanıb.