Litva Xarici İşlər Naziri Ukraynaya gəldi

Litva Xarici İşlər Naziri Ukraynaya gəldi Dünya

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Kiyevə gələrək ukraynalıları “ən ruhlandırıcı avropalılar” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Mən indiyə qədər tanış olduğum ən ruhlandırıcı avropalıların paytaxtına gəldim və Litvanın bura daha çox kömək edə biləcəyini başa düşdüm",- deyə nazir bildirib.

Qeyd edək ki, Litva Atıcılar İttifaqı artıq Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələr hazırlayır və təmir edir, həmçinin PUA operatorlarına təlimlər keçirir.

Mehriban Mirzəzadə