Livana hücumlar zamanı yaralıların sayı üç minə yaxınlaşır
Dünya
İsrailin Livana son 24 saat ərzində hücumları zamanı 3 nəfər öldüyü, 99 nəfər isə yaralanıb. Bununla da yaralıların ümumi sayı 2740 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, İsrail və “Hizbullah” arasında son döyüşlər martın 2-də başlayıb. Belə ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından iki gün sonra silahlı qruplaşma İsrailin şimalına raketlər atıb və bu, Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb olub.
Bildirilib ki, İsrail daha sonra Livanın cənub və şərq bölgələrinin, həmçinin Beyrutun cənub ətraflarının böyük hissəsindən insanların təxliyə olunması barədə göstəriş verib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.