Livanda İsrail hücumları səbəbindən ölənlərin sayı artdı

Livanda İsrail hücumları səbəbindən ölənlərin sayı artdı Dünya

Martın 2-dən etibarən İsrailin Livana qarşı hücumlarında ölənlərin sayı 1422 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Təkcə gün ərzində hücumlar zamanı 54 nəfər həyatını itirib. Bununla da ölənlərin ümumi sayı 1422 nəfərə yüksəlib. Yaralıların sayı isə 4294 nəfərdir.

Məlumata görə, ölənlərdən 1203-ü kişi, 126-sı qadın, 93-ü isə uşaqdır. (TASS)