Londonda avtomobil izdihama çırpıldı, yaralılar var – YENİLƏNDİ
Dünya
Londonda avtomobilin izdihama çırpılması nəticəsində yaralananların sayı 5-ə yüksəlib.
News24.az xəbər verir ki, London polisinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs – Somalidən olan Britaniya vətəndaşı saxlanılıb. Ona qarşı adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
"Ümumilikdə 5 piyada xəsarət alıb. Onlardan ikisinə yerində tibbi yardım göstərilib. Üç nəfər isə xəstəxanaya yerləşdirilib. Həyati təhlükələri yoxdur", – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, insidentin törədildiyi avtomobil hadisə yerindən bir qədər aralıda saxlanılıb.
**23:00
Londonda avtomobil izdihama çırpılıb, xəsarət alanlar var.
News24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Hadisə zamanı 3 nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin motivləri araşdırılır.