Lukaşenkoya unikal HƏDİYYƏ - FOTO

Lukaşenkoya unikal HƏDİYYƏ - FOTO Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko Qomeldəki 1868-ci artilleriya silahı bazasını ziyarət edərkən ona qumbaraatan hədiyyə edilib.

News24.az xəbər verir ki, bu barədə “Pul Pervogo” Telegram kanalı yazıb.

Lukaşenkonun mətbuat xidməti qeyd edib ki, prezident bir vaxtlar orduda xidmət edərkən əldə tutulan tank əleyhinə qumbaraatandan istifadə edib.

Bazaya səfəri zamanı Belarus prezidenti təmir sexlərinə, silah anbarlarına baxış keçirib, həmçinin Belarus Müdafiə Nazirliyinin rəisi və bölük komandirinin məruzələrini dinləyib. Lukaşenko həmçinin artilleriya silahlarının idxalı ilə əvəzlənməsi üzrə işləri sürətləndirməyi əmr edib və onların alınmasının “çox baha” olduğunu qeyd edib.

Aynurə