Macarıstan Ukraynanın işığını kəsəcək?
Dünya
Slovakiyadan sonra Macarıstan da Ukraynaya elektrik enerjisinin idxalını dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə “Telex” nəşri məlumat yayıb.
Məlumata görə, Budapeşt enerji tədarükünü Rusiyanın neft tranziti ilə əlaqələndirərək Kiyevə təzyiq göstərir. Rəsmi Budapeşt Ukrayna ərazisindən keçən və Rusiya neftini Mərkəzi Avropaya daşıyan “Drujba” kəməri ilə bağlı vəziyyəti əsas arqument kimi irəli sürür.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən etibarən Ukraynanın elektrik enerjisi idxalının təxminən 50 faizi Macarıstanın payına düşür. Bu səbəbdən Budapeştin mümkün qərarı Ukraynanın enerji balansına ciddi təsir göstərə bilər.