Makron Ermənistana dəstək - VƏD ETDİ

Makron Ermənistana dəstək - VƏD ETDİ Dünya


Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. 

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Fransa müdafiə silahlarının tədarükünə razılıq verib.

Qeyd edək ki, Fransa Ermənistana zirehli texnikalar, hava hücumundan müdafiə sistemləri və radarlar tədarük edəcəyi açıqlayıb.