Makronu "cənab şantaj" adlandırdı

Makronu "cənab şantaj" adlandırdı Dünya

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsi ilə bağlı danışıqları pozmaqla hədələdiyinə görə “Cənab Şantaj” adlandırılıb.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, büdcə xərclərinin azaldılması ilə bağlı fikir ayrılıqları fonunda Makron danışıqların gələn ilə saxlanılmasına qarşı çıxıb. Avropalı diplomatlarından biri Fransa liderini ümumavropa maraqlarını ölkəsində keçiriləcək prezident seçkilərindən asılı vəziyyətə salmaqda ittiham edib.

“Bura gəlib milli seçkilərinizə görə danışıqları girov götürmək sadəcə olaraq qəbuledilməzdir”, – deyə Aİ diplomatı bildirib.

Makron isə Avropa Şurasının sədri Antonio Koştanın təklif etdiyi büdcə ixtisarlarını kəskin tənqid edərək, bunu Avropa üçün “strateji səhv” adlandırıb.

Fransa Prezidenti hesab edir ki, danışıqların gələn ilə qədər uzadılması demokratik baxımdan qəbuledilməz olacaq. Çünki bu halda proses Fransada keçiriləcək prezident seçkilərinə çox yaxın vaxta təsadüf edəcək.