Marapi vulkanı yenidən aktivləşdi

Marapi vulkanı yenidən aktivləşdi Dünya

İndoneziyanın qərbində, Sumatra adasında yerləşən Marapi vulkanı yenidən püskürərək ətraf mühitə kül yayıb.

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 dekabr 2023-cü ildə baş vermiş ilk püskürmədən bu günədək vulkanda 450-dən çox püskürmə qeydə alınıb.

Təhlükəsizlik məqsədilə sakinlərə püskürmə mərkəzindən 3 kilometr radiusda olan əraziyə daxil olmaq və hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib.