Mask özünə ironiya ilə yanaşdı
Dünya
Amerikalı milyarder və sahibkar İlon Musk özünün son açıqlamalarına ironik münasibət sərgiləyib.
News24.az Teleqraf-a xəbər verir ki, Mask bu barədə öz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, heç kim onun özü qədər öz nüfuzuna xələl gətirmir.
O bildirib: “Mənim haqqımda, xüsusən də mənim özüm tərəfimdən bu qədər böhtan xarakterli bəyanatların səsləndirilməsi çox qəribədir".
Daha sonra İlon Mask ABŞ Prezidenti Donald Trampla ictimai qarşıdurmadan sonra ilk dəfə olaraq, onun Kaliforniyadakı etirazlarla bağlı mesajlarını təkrar paylaşaraq, Ağ Ev reəhbəri ilə həmrəy olduğunu bildirib.