Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi Dünya
Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib.

Bu barədə partiya sədrinin özü sosial media hesabında məlumat verib.

O, xəstəliyinin səbəbini açıqlamayıb:

"Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm", - deyə İncə vurğulayıb.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib. /Teleqraf.com/