Direktor məktəblini hicaba görə - DÖYDÜ

Direktor məktəblini hicaba görə - DÖYDÜ Dünya

İranda məktəb müdiri azyaşlı qızı məcburi hicaba görə döyüb.

News24.az bildirir ki, bu barədə “Etemad” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisədən sonra azyaşlı qızcığaz panik ataq keçirib və bir neçə həftədir ki, məktəbə getmir. 

11 yaşlı qızın anası sözügedən qəzetə bu haqda deyib: 

“Hadisə baş verən gün idman dərsi bitdikdən sonra qızım öz əşyalarını toplamağa başlayıb, təsadüfən baş örtüyü düşüb. Bunu görən məktəb müdiri qızıma hücum edib və onu boynundan vurub”.