Məktəbdə transformator partladı: 29 şagird öldü
Dünya
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə orta məktəblərin birində 5 mindən çox şagirdin buraxılış imtahanı zamanı transformator partlayıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, məlumat “Röyters” yayıb.
Hadisə zamanı yaranmış çaxnaşmaya görə azı 29 şagirdin öldüyü bildirilir.
Eyni zamanda, 260 nəfər də xəsarət alıb.