Məktəbə hücum edən şagirdin atası həbs olundu

Məktəbə hücum edən şagirdin atası həbs olundu Dünya

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı hücum törədən şagirdin atası həbs olunub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 15.04.2026-cı il tarixində Kahramanmaraşda məktəbdə baş verən silahlı hücum hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində şübhəlinin “WhatsApp” profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rodgerə istinad edən görüntüdən istifadə etdiyi müəyyən edilib.

Qeyd olunub ki, hadisəni törədən şəxsin atası həmin gün saxlanılıb, daha sonra məhkəmə orqanlarına göndərilərək həbs edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir. Şəxsin yaşadığı evdə və atasına məxsus avtomobildə aparılan axtarışlar nəticəsində götürülən rəqəmsal materiallar ekspertizaya göndərilib. Hadisə yerində araşdırmalar tamamlanıb, kamera görüntüləri də daxil olmaqla bütün sübutlar təhlil edilir.

İlkin nəticələrə görə, hadisənin terrorla əlaqəsinə dair hər hansı sübut aşkar edilməyib və insidentin fərdi xarakterli hücum olduğu qiymətləndirilir. Eyni zamanda, ictimaiyyəti çaşdıran və əsassız paylaşımlara etibar edilməməsinin vacibliyi vurğulanıb. (DHA)