Məktəblərə hücumdan sonra müəllimlər ayağa qalxdı - Video
Dünya
Türkiyədə minlərlə müəllim təhsil müəssisələrinə qarşı baş vermiş iki silahlı hücumdan sonra etiraz aksiyası keçirib.
News24.az xəbər verir ki, etiraz aksiyası Ankara şəhərində keçirilib.
Aprelin 15-i axşam saatlarında baş tutan etirazlarda müəllimlər Təhsil Nazirliyindən günahkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Həmin gün müəllimlər tətil də keçiriblər. Onlar təhsil naziri Yusuf Tekinin istefasını tələb ediblər.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa vilayətində bir məktəbə silahlı hücum olub, nəticədə təxminən 20 nəfər yaralanıb. Hücum edən şəxs şagird olub və hadisədən sonra intihar edib.
Aprelin 15-də isə silahlı insident Kahramanmaraş şəhərindəki məktəblərdən birində baş verib. Nəticədə doqquz nəfər - səkkiz şagird və bir müəllim həlak olub. Daha 13 nəfər yaralanıb, onlardan altısı reanimasiyadadır və üç nəfərin vəziyyəti ağırdır. Hücum edən 8-ci sinif şagirdi olub və o da hücumdan sonra intihar edib. /Sonsöz