Melaniya Trampın heykəli oğurlandı

Melaniya Trampın heykəli oğurlandı Dünya

2017-ci ildə Sloveniyanın sevimli siması olan Melaniya Trampın "Birinci Xanım" olmasından sonra onun uşaqlığını keçirdiyi şəhər turistik məkana çevrilib. Bir çox Melania markalı məhsullar satılmağa başlayıb. Donald Trampın prezidentlik andı zamanı cütlüyün verdiyi pozaya istinad edərək Melaniya Trampın heykəli də hazırlanıb.

News24.az yerli mediaya istinadən xəbər verir ki, sözügedən bürünc heykəl oğurlanıb.

Hadisədən sonra Sloveniya polisi araşdırmaya başlayıb.


Günel Məlikzadə