Meloninin Körfəz "missiyası": Avropa üçün yeni enerji xəritəsi cızılır

Meloninin Körfəz "missiyası": Avropa üçün yeni enerji xəritəsi cızılır Dünya

İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdə artan hərbi və iqtisadi risklər fonunda Körfəz ölkələrinə mühüm səfərə başlayıb.

News24.az xəbər verir ki, diplomatik turun ilk dayanacağı Səudiyyə Ərəbistanının Ciddə şəhəri olub.

Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə bir araya gələn Meloni, regiondakı gərginliyi, xüsusilə ABŞ, İsrail və İran arasında cərəyan edən hərbi əməliyyatların qlobal iqtisadiyyata təsirlərini müzakirə edib. Görüşün əsas mövzularından biri də Körfəz bölgəsində sabitliyin qorunması və enerji təchizat zəncirinin təhlükəsizliyi olub.

Meloninin Körfəz turu Səudiyyə Ərəbistanı ilə məhdudlaşmır. İtaliya hökumət başçısının növbəti dayanacaqları Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq. Bu ölkələrdə keçiriləcək görüşlərdə əsas diqqətin enerji əməkdaşlığının genişləndirilməsi, təbii qaz tədarükü və logistik problemlərin həllinə yönələcəyi gözlənilir.