"Mən Putinə inanıram"- - ƏRDOĞAN

"Mən Putinə inanıram"- - ƏRDOĞAN Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının kifayət qədər uzun sürəcəyini deyib, lakin onun tezliklə həllinə ümid etdiyini bildirib.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu müharibənin uzun müddət davam edəcəyi çox aydındır. Biz həqiqətən ümid etmək istəyirik ki, bu, mümkün qədər tez başa çatacaq", - prezident PBS telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, “Rusiya da böhranın tezliklə həllini istərdi”.

Aparıcının etimadının nəyə əsaslandığı ilə bağlı sualına Ərdoğan belə cavab verib: "Sadəcə, liderin sözlərini nəzərə alıram. Cənab Putin bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. O, belə dedi. Və mən inanıram"

Aparıcının dünyanın Rusiyaya güvənməyə meylli olmadığı ilə bağlı açıqlamasına cavab olaraq Ərdoğan qeyd edib: "Mən razı deyiləm. Təbii qazımın yarısı Rusiyadan gəlir, bu bizim həmrəyliyimiz deməkdir. Qarşılıqlı addımlar atırıq, bu sahədə də əməkdaşlıq edirik. Biz bütün bunları Rusiya ilə edə bilərik. Rusiya mənim ən yaxın qonşularımdan biridir"

Aydan