Məsciddə çəkdikləri videoya görə tənqid olundular
Dünya
Türkiyədə məsciddə təravih namazı zamanı baş verən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, ibadət əsnasında bir neçə gəncin "TikTok" üçün video çəkməyə çalışdığı iddia olunur.
Namaz qılan digər qadınlar bunu görərək narazılıq bildiriblər. Onlar ibadət mühitinin pozulduğunu əsas gətirərək gənclərə irad tutublar.
Şahidlərin sözlərinə görə, qadınlar gənclərə irad bildirib. “Namaz qılmırsınız, insanları narahat etməyin. Zəhmət olmasa, dərhal buranı tərk edin”, - deyə qadın gənclərə xəbərdarlıq edib.
Şifahi xəbərdarlıqdan sonra video çəkən şəxslərin məsciddən çıxdığı bildirilir.