Məşhur aktyor rus filmində - ROL ALACAQ

Məşhur aktyor rus filmində - ROL ALACAQ Dünya

Türk seriallarının ulduzu Burak Özçivit ilk dəfə rus filmində rol alacaq. 

News24.az xəbər verir ki, aktyor artıq Ruzil Minekaevlə layihədə iştirak etməyə razılaşıb.

Burakla səhnələr Almetyevskdə çəkiləcək. 

Avqustun 24-də Kazandakı otellərdən birində aktyorun adına otaq sifariş olunub. Türk şahzadəsinin qonorarı gizli saxlanılır, amma mənbənin verdiyi məlumata görə, “Möhtəşəm Yüzyıl” və digər türk seriallarının ulduzunun çəkilişlərinin bir günü 1,5-3 milyon rubla(təxminən 28-57 min azn) başa gəlir.

Məryəm İlhamqızı